Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (bir qadın, iki kişi) aprelin 29-da saat 02:30-da Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sifətin və alının çoxsaylı sıyrılmış yaraları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.
Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobil kəndin girişindəki divara çırpılıb.
Hadisə nəticəsində 43 yaşlı Tural Mustafayev, 28 yaşlı Elşən Nəzərov və 50 yaşlı Aynurə Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar.
Onlar təcili tibbi yardım avtomobili vasitəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.