Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Opel" markalı minik maşını yolu keçən 1940-cı il təvəllüdlü Qiyas Musayevi vurub. Piyada hadisə yerinə ölüb.
Faktla bağlı araşdırma aparılır.