Ucar rayonunda qəsdən yanğın törədən şəxs müəyyən edilərək barəsində hüquqi tədbirlər görülüb.
Oxu.Az-ın məlumatına görə, rayonun Bağırbəyli kəndi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin kənd sakini T.Zülfüqarov tərəfindən qəsdən törədildiyi müəyyən edilib.
Hadisə nəticəsində 2 hektar ərazidə quru otlaq sahəsi yanıb.
Faktla bağlı əməli törədən şəxs barəsində qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülüb.
Qaynar xətt:
(055) 224 12 12