Xaçmaz rayon sakini Emin Cəlilovu qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, həmin şəxs 37 yaşlı Xaçmaz şəhər sakini Rafiq Həbibovdur.
Məlumata görə, Emin və Rafiq qohumdurlar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xaçmazda qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.
Məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Emin Nəcimulla oğlu Cəlilov ov tüfəngindən açılan atəş nəticəsində kürək nahiyəsindən vurularaq həyatını itirib.
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Qətli törətməkdə şübhəli bilinən şəxs özü polisə gedərək təslim olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Əli Məmmədov