Misli Premyer Liqasında VIII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun bağlanış matçında "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri qarşılaşıblar.
"Palms Sports Arena"da keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.
Ev sahiblərinin heyətində Bassala Sambu (19) və Emin Mahmudov (55) fərqləniblər. Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı, "Sumqayıt" "Karvan-Yevlax"ı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Zirə"ni (3:0) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.
Misli Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da "Zirə"ni qəbul edən "Sabah" 3:0 hesablı qələbəyə sevinib.
Meydan sahiblərinin heyətində Aron Maluda (42) və Velko Simiç (45+2, 75) fərqləniblər.
"Bayquşlar" 14 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıblar. "Zirə" isə 13 xalla altıncıdır.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı, "Sumqayıt" "Karvan-Yevlax"ı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə bərabərlik qeydə alınıb - 2:2.
Bu gün Misli Premyer Liqasında VIII turun son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, turun sonuncu oyun günündə "Sabah" klubu "Zirə"ni, "Neftçi" isə "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qeyd edək ki, növbəti turun oyunlarına oktyabrın 24-də start veriləcək.
19 oktyabr
16:00; "Sabah" - "Zirə"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bank Respublika Arena".
18:30; "Neftçi" - "Araz-Naxçıvan"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
"Palms Sports Arena".