Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Xaçmaz-Xudat yolunda qeydə alınıb. Xaçmaz rayon sakini Hüseyn Elsevər oğlu Məmmədov özünə məxsus VAZ-2106 markalı 27-BT-763 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, yolun kənarındakı maneəyə dəyərək körpüdən Qudyalçaya aşıb. Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12