Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib.
Bu barədə Oxu.Az-a sözügedən ərazidə tədqiqatlar aparan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi Vəfa Mahmudova məlumat verib.
O bildirib ki, abidə üzərində beş ildir tədqiqat aparılır:
"Abidədən üç formada dulus kürəsinin qalıqları tapılıb. Keramikalı neolit dövrünün erkən və inkişaf etmiş mərhələsinə aid artefaktlar aşkar olunub. Məhəllə yaşayış evlərindən aşağıda l inşaat qatından qeydə alınıb. Abidənin zəngin obsidian, çaxmaqdaşı və digər daş məmulatları aşkarlanıb, kameral işlənib. Erkən dövrlərində boyasız, kobud, sonrakı dövrdə isə boyalı, keyfiyyətli saxsı nümunələri olan Paşatəpə yaşayış yeri dulusçuluğun bu regionda mərhələli inkişafını özündə əks etdirir".