Xırdalan şəhəri, Heydər Əliyev prospektində sürücülər üçün təhlükə yaradan lük dəmir barmaqlıqla örtülüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və aidiyyəti üzrə ərazidə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb.

Sosial şəbəkədə minik avtomobilinin təkərinin yolun hərəkət hissəsində qapaqsız lükə düşməsi ilə bağlı görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülərdə Xırdalan dairəsi yaxınlığında qara rəngli minik avtomobilinin ön sağ təkərinin lükə düşdüyü əks olunub.
Hadisə zamanı avtomobilə maddi ziyan dəyib. Sürücülər bu cür lüklərin insanların həyatlarına təhlükə yaratdığını bildirirlər.
Görüntüləri təqdim edirik: