Misli Premyer Liqasının IX turunda "Sabah"la matçda baş verənlərə görə "Qarabağ" klubu cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Görüş zamanı Ağdam təmsilçisinin azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün "Qarabağ" 6 000 manat cərimələnib.
Bundan əlavə, "Qarabağ" azarkeşləri stadionda 27 skamyanı sındırıblar. Qərara əsasən, stadiona dəymiş zərər Ağdam klubu tərəfindən qarşılanmalıdır.