Xocalı rayonunun Daşkənd kəndi ərazisində minaya düşərək xəsarət alan Anar Həsənov əməliyyatdan çıxıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Xocalı rayonunun Daşkənd kəndi ərazisində minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün sentyabrın 10-da saat 10:30-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
"Sol aşıq baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu təyin edilən pasiyent üzərində hazırda əməliyyat icra olunur", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlayışı baş verib. Hadisə nəticəsində Anar Həsənov sol ayağından xəsarət alıb.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib, vəziyyəti qənaətbəxşdir.
Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan Anar Həsənov adlı şəxsin Xankəndi Şəhər Xəstəxanasına çatdırıldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.