Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yasamal rayonu ərazisində ağaclar MƏHV EDİLİR - Nazirlik hərəkətə keçdi
Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılıb.
Oxu.Az Globalinfo.az-a istinadən xəbər verir ki, görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, "Azon zavodu"nun ərazisində qeydə alınıb. 23 aprel 2024-cü ilə - bir il öncəyə aid videoda ərazidə xeyli şam və küknar ağaclarının olduğu görünür. İddia olunur ki, hazırda ağaclar texnika ilə məhv edilir.
Şahidlərin sözlərinə görə, "Avant Park" şirkəti yaxınlıqda tikinti aparır, amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, nazirliyin əməkdaşları araşdırma aparır. İ.İbrahimova açıqlamasında qeyd edib ki, nazirliyin rəsmiləri artıq hadisə yerindədirlər.
"Ağacların qanunsuz kəsilməsi" teqi üzrə xəbərlər
- Son bir həftədə təbiətə 81 780 manat ziyan dəyib
- "Sumqayıt" MTK ağacları kəsdi, nazirlik yenilərini əkdi
- Bakı, Sumqayıt, Bərdə, Tovuz və İsmayıllıda təbiətə 90 min manata yaxın ziyan vurulub
- Ağacları kəsərək təbiətə 11 min manatdan çox ziyan vuran şəxs cəzalandırılıb
- Sumqayıt, Quba və İmişlidə yaşıllıqlar qanunsuz kəsilib