Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
FHN qüvvələri tərəfindən Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş verən yanğın tam söndürülüb.