Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirildi: Saxlanılanlar var
Yevlaxda 17 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadədir.
Yevlaxda 17 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxlər saxlanılıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdü Həsən Mustafalı və 2007-ci təvəllüdlü Rəhim Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.
Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, bir nəfər bıçaqlanıb.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, 2008-ci il təvəllüdlü Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.
Daha bir nəfər, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.