Bu gün Ağdaş rayonunda baş verən ağır qəza ilə bağlı təfərrüat bilinib.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ağdaş rayonunun Əmirarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Zabit Rəsulov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Sədaqət Ramazanova və 1978-ci il təvəllüdlü Elnarə Soltanovanı vurub. Hər iki şəxs hadisə yerində həlak olublar.
Ölən qadınların bacılar olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Əli Məmmədov
Ağdaşda ağır yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti bilinib.
Oxu.Az xəbər verir ki, qəzada ölənlər 1976-cı il təvəllüdlü Sədaqət Ramazanova və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşını yolu keçmək istəyən iki qadını vuraraq öldürüb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov