Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü saxlanıldı.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan fakt təsdiqlənib.
Qeyd olunub ki, VAZ-2106 markalı 62-BO-492 dövlət nömrə nişanlı avtomobilin sürücü 1968-ci il təvəllüdlü Fikrət Mahmud oğlu Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 14:00-da qeydə alınıb.
Yolu keçən piyada - Zaqatala rayonu, Muğanlı kənd sakini 1966-cı il təvəllüdlü Südabə Seyid qızı Mürsalıyevanı vuran avtomobilin sürücüsü hadisə yerindən yayınıb.
Hazırda polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində tədbirlər görülür.
Əzizə İsmayılova
Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Muxax kəndi ərazisində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevanı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.
Samir Əli