"Mançester Yunayted"in hücumçusu Cozef Qabriel klubun əsas komandasında debüt edən ən gənc futbolçu kimi tarixə düşüb.
Oxu.Az "Sport Express" nəşrinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu "Atletiko" ilə keçirilən yoldaşlıq oyununda (2:1) matçın 82-ci dəqiqəsində, 15 yaş 299 günlüyündə meydana çıxıb. O, görüşdə dubl edən Brayan Mbemonu əvəzləyib.
Beləliklə, Cozef Qabriel "Mançester Yunayted"in sabiq qapıçısı Devid Qaskellə məxsus rekordu yeniləyib. Qaskell əsas komandada 16 yaş 19 günlüyündə debüt etmişdi.
Qeyd edək ki, 2025/26 mövsümündə Cozef Qabriel "Mançester Yunayted"in 18 yaşadək komandasında bütün turnirlər daxil olmaqla 29 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 26 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.