Bu gün Rusiyanın Udmurtiya Respublikası səmasında iki pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Hadisə nəticəsində üç nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Udmurtiya Respublikası başçısının səlahiyyətlərini müvəqqəti icra edən Olqa Abramova məlumat verib.
O bildirib ki, Ukrayna tərəfindən həyata keçirildiyi iddia olunan hücum cəhdinin qarşısı alınıb.
"Bu gün Ukrayna tərəfindən hücum cəhdinin qarşısı alınıb. Udmurtiya səmasında iki PUA məhv edilib", - deyə Olqa Abramova "Max" kanalında yazıb.
Abramovanın sözlərinə görə, hücum nəticəsində regionun şimal hissəsində mülki avtomobilə ziyan dəyib.
"Operativ məlumata əsasən, təəssüf ki, üç nəfər həlak olub. Daha iki nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan biri uşaqdır", - deyə o əlavə edib.