Fransanın eyniadlı şəhərini təmsil edən “Anje” klubunun futbolçusu Rayan Ait-Nuri COVID-19-a yoluxub.
“Rsport” bu barədə klubun yaydığı məlumata əsasən xəbər verib.
19 yaşlı müdafiəçidə xəstəlik simptomsuz keçir. Hazırda Rayan Ait-Nuri karantinə yerləşdirilib.
“L'Equipe” nəşri isə yazır ki, “Nitsa” klubunda iki nəfər koronavirus infeksiyasına yoluxub, lakin onların adları ictimailəşdirilmir.