Gənclər üzrə Rusiya və Avropanın dəfələrlə çempionu olmuş İvan Bukavşin həyatının 21-ci ilində vəfat edib, bu barədə Rusiyanın Şahmat Federasiyasının saytında məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, əslən Tolyattidən olan şahmatçının ölümünə səbəb insult olub.
2015-ci ildə ölkənin ən perspektivli şahmatçılarından olan Bukavşin “Aeroflot Open” turnirinin mükafatçısı olub, Rusiya çempionatının super-finalına seçilib, ölkə kubokunu qazanıb.