FIFA İtaliyanın Milan şəhərində 2019-cu ilin ən yaxşılarını açıqlayacaq.
Oxu.Az xəbər verir ki, “The Best” mükafatını qazanmağa “Yuventus”dan Kriştiano Ronaldu, “Barselona”dan Lionel Messi və “Liverpul”dan Vircil van Deyk namizəddir.
Dünyanın ali futbol qurumu digər mükafatların da sahibini açıqlayacaq. Tədbir Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Mərasim Milanın məşhur “La Skala” teatrında baş tutacaq.
Ən yaxşı kişi oyunçu
Kriştianu Ronaldo (“Yuventus”, Portuqaliya)
Lionel Messi (“Barselona”, Argentina)
Vircil van Deyk (“Liverpul”, Hollandiya)
Ən yaxşı qadın oyunçu
Lusi Bronz (“Lion”, İngiltərə)
Aleks Morqan (“Lion”, ABŞ)
Meqan Rapinoy (“Reyqn”, ABŞ)
Ən yaxşı kişi məşqçi
Pep Qvardiola (“Mançester Siti, İspaniya)
Yürqen Klop (“Liverpul”, Almaniya)
Maurisio Poçettino (“Totenhem”, Argentina)
Ən yaxşı qadın məşqçi
Cil Elis (ABŞ millisi)
Fil Nevil (İngiltərə millisi)
Sarina Viqman (Hollandiya millisi)
Ən yaxşı kişi qapıçı
Ederson (“Mançester Siti”, Braziliya)
Alison Beker (“Liverpul”, Braziliya)
Mark Andre ter-Şteqen (“Barselona”, Almaniya)
Ən yaxşı qadın qapıçı
Kristeyn Endler (PSJ, Çili)
Hedviq Lindal (“Volfsburq”, İsveç)
Sari van Venendal (“Atletiko”, Hollandiya)
“Ferents Puşkaş” mükafatı
Lionel Messi (Argentina). “Betis” – “Barselona” oyunu (17 mart 2019)
Xuan Fernando Kintero (Kolumbiya). “River Pleyt” – “Rasinq” oyunu (10 fevral 2019)
Daniel Jori (Macarıstan). “Debretsen” – “Ferentsvaroş” oyunu (16 fevral 2019).
#MondayMotivation | Who will be lifting this trophy later today?#TheBest | #FIFAFootballAwards pic.twitter.com/T0vGNDOo92
— #TheBest 🏆 (@FIFAcom) September 23, 2019