Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

2025-ci ildə keçiriləcək dünya çempionatının püşkatma mərasiminin vaxtı bəlli olub
Gələn il keçiriləcək klublararası dünya çempionatının püşkatma mərasiminin tarix bəlli olub.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) püşkatmanın dekabrın 5-də təşkil olunacağını açıqlayıb.
ABŞ-nin Mayami şəhərində keçiriləcək mərasimdə 32 komanda səkkiz qrupda yer alacaq. Final mərhələsinin oyunları gələn il iyunun 15-dən iyulun 13-nə kimi davam edəcək.
Qeyd edək ki, dünya çempionatına ABŞ-nin Nyu-Cersi, Şarlott, Sinsinnati, Los-Anceles, Mayami, Neşvill, Orlando, Filadelfiya, Siettl, Vaşinqton və Atalanta şəhərləri ev sahibliyi edəcəklər.
"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA)" teqi üzrə xəbərlər
- FIFA Klublararası Dünya Çempionatının iştirakçıları üçün pul mükafatının məbləğini açıqladı
- Blatter və Platiniyə bəraət verildi
- Misir 2034-cü ildə keçiriləcək dünya çempionatı üçün FIFA-ya müraciət ünvanlayıb
- Donald Tramp 2026-cı ildə keçiriləcək dünya çempionatının təşkilat komitəsinin rəhbəri oldu
- Futbol üzrə 2030-cu il dünya çempionatında 64 komanda iştirak edə bilər
Ən çox oxunanlar