Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hikmət Hacıyev: "Təəssüflə qeyd edim ki, Ermənistan COP29-da iştirak etmir"
"Təəssüflə qeyd edim ki, Ermənistan COP29-da iştirak etmir"
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.
"Azərbaycan konvensiyanın üzvü olaraq, bütün tərəflərə dəvət göndərib", - deyə o qeyd edib.
O əlavə edib ki, COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndənin qeydiyyatı həyata keçirilib və bunların əksəriyyəti - 60 mini xarici qonaqlardır:
"Burada 3000-dən çox xarici media nümayəndələri qeydiyyatdan keçib".
Qeyd edək ki, noyabrın 11-də Bakıda COP29 tədbiri start götürüb. 190-a yaxın ölkənin nümayəndələrinin iştirak edəcəyi tədbir noyabrın 22-də başa çatacaq.
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
- Qlobal problemin çözümündə Azərbaycanın növbəti diplomatik qələbəsi
- Moldova portalı: Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış etdi
- Bu günün bir vaxtlar söz-söhbət adlandırdığımız reallıqları
- COP29-da Azərbaycan mediasında yayımlanan xəbər və reportajların sayı açıqlanıb