Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
28 idmançımız Olimpiadaya vəsiqə uğrunda güləşəcək - HEYƏT
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda Olimpiadaya lisenziya xarakteri daşıyan güləş üzrə dünya çempionatı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində son təlim-məşq toplanışını davam etdirən sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutub.
Hazırlıq prosesi başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev mundialda iştirak edəcək heyəti açıqlayıb.
Yarışın ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Bu növdə baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (-55 kq), Taleh Məmmədov (-60 kq), Elman Muxtarov (-63 kq), Rəsul Çunayev (-67 kq), Sənan Süleymanov (-72 kq), Elvin Mürsəliyev (-77 kq), Rafiq Hüseynov (-82 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev (-97 kq) və Beka Kandelaki (-130 kq) ölkəmizi təmsil edəcəklər.
Qadınların yarışında baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Mariya Stadnik (-50 kq), Türkan Nəsirova (-53 kq), Alyona Kolesnik (-57 kq), Tatyana Omelçenko (-59 kq), Elmira Qəmbərova (-62 kq), Elis Manolova (-65 kq), İrina Netreba (-68 kq) və Səbirə Əliyeva (-76 kq) mübarizə aparacaqlar.
Mundialın son günlərində sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Mahir Əmiraslanov (-57 kq), Əhmədnəbi Qvarzatilov (-61 kq), Hacı Əliyev (-65 kq), Ağahüseyn Mustafayev (-70 kq), Hacımurad Hacıyev (-74 kq), Cəbrayıl Həsənov (-79 kq), Aleksandr Qostiyev (-86 kq), Şamil Zubairov (-92 kq), Şərif Şərifov (-97 kq) və Cəmaləddin Məhəmmədov (-125 kq) uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, Olimpiya çəkilərində ilk altı pillənin sahibi Tokio-2020-yə vəsiqə qazanacaq. Dünya çempionatında I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.
Səbuhi Musayev
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 12.11.2024-ün ən mühüm hadisələri
- Cəbrayıl şəhərində ilk dəfə Zəfər Günü qeyd olunub
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub
- Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"
- Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
Rəylər