İspaniyanın “Qranada” klubu Avropa Liqasının 1/8 final mərhələsində Norveçin “Molde” klubunu 2:0 hesabı ilə məğlub edib.
Avropa Liqasının rәsmi “Twitter” səhifəsi məlumat verir ki, sözügedən oyunda İspaniyanın “Qranada” klubunun futbolçusu Xorxe Molina Avropa Liqasının tarixinə düşüb.
Belə ki, 38 yaşlı X.Molina Avropa Liqasının oyunlarında qol vurmağı bacaran ikinci ən yaşlı oyunçu olub.
Qeyd olunur ki, rekord 40 yaş 98-ci günündə rəqib qapısına yol tapmağı bacarmış “Molde”nin sabiq futbolçusu Daniel Berq Hestada məxsusdur.