Dünyanın ən yaşlı peşəkar futbolçusu Kadzuyoşi Miura rəsmi oyunda növbəti qolunu vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Sport24.ru məlumat yayıb.
59 yaşlı yaponiyalı hücumçu İmperator Kubokunun Fukusima prefekturası üzrə seçmə mərhələsinin finalında "Fukusima Yunayted" komandasının heyətində "İvaki Furukava"ya qarşı oyuna start heyətində başlayıb.
* Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı
Miura görüşün 52-ci dəqiqəsində Takatora Einaqanın ötürməsini qolla tamamlayaraq komandasının beşinci qoluna imza atıb. Üç dəqiqə sonra təcrübəli hücumçu əvəzlənib. Qarşılaşma isə "Fukusima Yunayted"in 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu, Miuranın 12 noyabr 2022-ci ildən bəri rəsmi matçlarda vurduğu ilk qol olub. O, sonuncu dəfə "Sudzuka"nın heyətində "Osaka"ya qarşı oyunda fərqlənmişdi.