Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib.
"Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də süni tənəffüs aparatına qoşulub", - deyə köməkçisi bildirib.
Qaynar xətt:
(055) 224 12 12