Avropa Oyunları-2015-i işıqlandırmaq üçün Bakıya 750 jurnalist və fotoqraf gələcək.
Oxu.Az Sport.1news.az-a istinadən xəbər verir ki, KİV nümayəndələrinin online akkreditasiyası bu ilin dekabrında başlayacaq və gələn ilin martında bitəcək.
Jurnalistlər olimpiya kəndində çox sərfəli qiymətlərlə qalmaq üçün yerlə təmin ediləcəklər.