İtaliya A Seriyasının 19-cu turu "İnter" üçün uğurlu olub.
Oxu.Az xəbər verir ki, komanda səfər matçında "Parma" ilə qarşılaşıb.
A Seriyası: "İnter" zirvəyə yüksəldi
Görüşün taleyini iki qol həll edib. Dimarko (42) və Türam (90+8) meydan sahiblərinin qapı torunu silkələməklə qonaqlara qələbə qazandırıblar - 0:2.
Bu nəticə sayəsində xallarını 42-yə çatdıran Milan təmsilçisi turnir cədvəlinin zirvəsinə yüksəlib. "Parma" isə 18 xalla 15-ci pillədə qərarlaşıb.