İtaliya A Seriyasının 12-ci turu Milan derbisi ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, şəhərin iki komandası "İnter" və "Milan" üz-üzə gəliblər.
Görüşün taleyini bir qol həll edib. Pulişiçin 54-cü dəqiqədə vurduğu dəqiq zərbə "Milan"a qələbə qazandırıb.
Hazırda "rossenyerilər" 25 xalla turnir cədvəlində 2-ci, bir xal az toplayan "İnter" isə 4-cü yerdədir. Yarışa 27 xalla "Roma" başçılıq edir.