Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
A Seriyası: "Yuventus" - "Latsio" matçının taleyini bir qol həll etdi
İtaliya A Seriyasının 8-ci turu Turinin "Yuventus" və Romanın "Latsio" klubunun qarşılaşması ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, oyun Turinin "Allianz" stadionunda baş tutub.
Meydan sahiblərinin qələbəsi ilə başa çatan matçın taleyini cəmi bir qol həll edib - 1:0.
Oyunda qonaqların bəxti əməlli başlı gətirməyib. Belə ki, 24-cü dəqiqədə "Latsio" azlıqda qalıb. 85-ci dəqiqədə isə klubun futbolçusu avtoqol vurub.
Keçirilən səkkiz matçdan sonra "Yuventus" 16 xalla A Seriyasının turnir cədvəlində ikinci yerdədir. "Latsio" da eyni sayda oyundan sonra 13 xalla 5-ci yerdədir. Növbəti mərhələdə "Yuventus" "İnter"lə (27 oktyabr), "Latsio" isə "Cenoa" ilə (27 oktyabr) qarşılaşacaq.
"Yuventus" teqi üzrə xəbərlər
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
- Federiko Kyeza karyerasını İtaliya A seriyasında davam etdirə bilər
- Pol Poqba rəsmi olaraq "Yuventus"dan ayrılıb
- "Mançester Yunayted" "Yuventus"un müdafiəçisini almaq istəyir
- A Seriyası: Turin derbisinə türkiyəli futbolçu nöqtə qoydu
Rəylər