Oktyabrın 18-də Gəncədə partlayış baş verən binadan sakinlərin köçürülməsinə başlanılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Kamran Məhərrəmovun sözlərinə görə, binadan 35 ailə təxliyə olunub:
"Hazırda həmin ailələrin kirayə mənzillərə yerləşdirilməsi prosesi davam etməkdədir. Ailələrin kirayə haqlarını ödəyə bilmələri üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən maddi yardım olunacaq.
Binanın tam dayanıqlığı yoxlanıldıqdan sonra sökülüb yenidən tikilməsinə və ya təmir olunması barədə qərar veriləcək".
Ətraflı Baku TV-nin süjetində:
Gəncədə partlayış baş verən binanın sakinləri köçürülür
Rəylər