Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Mbappenin qolu "Real Madrid"ə qələbə qazanmağa kömək etdi](https://images.oxu.az/2024/10/20/xwwph1oRfDy667h7p8zjsixDnU0b1D9o1IJG3vcP:1200.jpg)
Mbappenin qolu "Real Madrid"ə qələbə qazanmağa kömək etdi
İspaniya La Liqasının 10-cu turunun "Selta Viqo" - "Real Madrid" matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, Viqodakı oyunda "Real Madrid" 1:2 hesabı ilə qalib gəlib.
20-ci dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe hesabı açıb. "Selta"nın cavab qolunu 51-ci dəqiqədə yarımmüdafiəçi Villot Svedberq vurub. Qonaqlara qələbə qazandıran qola isə hücumçu Vinisius Junior imza atıb - 1:2.
Keçirilən 10 matçdan sonra "Real Madrid" 24 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. Eyni sayda oyundan sonra "Selta" 13 xalla 10-cu pillədə qərarlaşıb. Növbəti mərhələdə "Selta" "Leqanes"lə (27 oktyabr), "Real" isə "Barselona" ilə (26 oktyabr) qarşılaşacaq.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- Qvardiola "Mançester Siti"nin "Real"a məğlubiyyətinin səbəblərini açıqladı
- Aqueronun vədi başına bəla oldu: Azarkeşlər qayçı ilə şəklini paylaşırlar
- Pep Qvardiola antirekordunu TƏKRARLADI
- Çempionlar Liqası: "Mançester Siti" - "Real Madrid" oyununda 5 qol vuruldu
- Ançelotti: "Mançester Siti"nin nəticələri məni təəccübləndirir"
Rəylər