İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsi yekunlaşıb.
Mərhələnin final oyununda Azərbaycan təmsilçisi “Neftçi” ev sahibi İspaniya millisi ilə qarşılaşıb.
Gərgin və maraqlı oyunun yekununda “Neftçi” rəqibinə 13:12 hesabı ilə qalib gələrək Melilya mərhələsinin çempionu olub.
“Neftçi”nin üzvü Bryana Freyzer isə Melilya mərhələsinin ən dəyərli oyuncusu (MVP) mükafatını qazanıb.
Qeyd edək ki, Dünya Qadın Seriyasında 3x3 qadın Azərbaycan millisi və “Neftçi”nin növbəti oyunları 22 avqustda Bakıda baş tutacaq.
22:41
İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”nin yarımfinal oyunu baş tutub.
Bu mərhələdə “ağ-qaralar” reytinq xallarına görə Melilya mərhələsinin bir nömrəli komandası Çin millisi ilə üz-üzə gəlib və rəqibini 17-13 hesabı ilə məğlub edərək finala yüksəliblər.
Həlledici qarşılaşmada “Neftçi”nin rəqibi Niderland - İspaniya oyununun qalibi olacaq. Oyun Bakı vaxtı ilə saat 23:15-də baş tutacaq.
21:18
İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”nin yarımfinal oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan “ağ-qaralar” qarşılaşmaya üstün başlayıb və yekunda rəqibi üzərində 17:14 hesablı qələbə qazanaraq yarımfinala yüksəliblər.
Finala vəsiqə uğrunda “Neftçi”nin rəqibi Çin millisi olacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 21:55 -də başlayacaq.
Faiq Tahirov