Şimal bölgəsində artıq iki gündür ki, hava şəraiti dəyişib. Qubaya yağan leysan fəsadlara səbəb olub.
Xınalıq yoluna gələn sel özü ilə iri qaya parçalarını yolun hərəkət hissəsinə gətirib. Nəticədə yolda hərəkət məhdudlaşıb.
Ciddi problem əsasən yolun 36 və 42 kilometrliyində yaranıb. Sözügedən ərazidə sel suları yol infrastrukturuna ciddi ziyan vurub, suötürücü qurğular sıradan çıxıb, asfalt örtüyü yararsız vəziyyətə düşüb.
Görülən tədbirlər nəticəsində yolda yaranan məhdudiyyət aradan qaldırılsa da, hazırda sürücülərə zərurət yaranmadığı təqdirdə bu yoldan istifadə etməmək tövsiyə olunur.
17:53
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində müşahidə olunan yağışlı hava şəraiti Quba-Xınalıq yolunda problemlər yaradıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, sel suları nəticəsində yola qaya parçaları düşüb.
Bəzi hissələrdə yolda hərəkət qısa müddətdə bağlı qalıb. Güclü sel yolun asfalt örtüyünə də ziyan vurub. Hazırda ərazidə Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikası və canlı qüvvəsi cəlb olunub, işlər davam etdirilir.
Bu gönderiyi Instagram'da gör"Quba" teqi üzrə xəbərlər
- Qubada ağır qəza: Ölən və yaralanan şəxslərin adları bilindi
- Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb - Video
- "Yom-Kipurda oruc tutulur, hər kəs sinaqoqa gəlir" - Azərbaycanda dağ yəhudiləri Yeni ili qarşılayırlar - VİDEO
- Turistlərin ürəyi getdiyi Quba qutabı: "Kim mən bişirəndən yeyirsə, bir də gəlir" - VİDEO
- Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər - VİDEO
Digər xəbərlər