ABŞ hökuməti 2026-cı il dünya çempionatının oyunlarını izləməyi planlaşdıran Fələstin Futbol Assosiasiyasının prezidenti Cibril Racuba viza verməkdən imtina edib.
Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.
"Mən dünyanın hər yerindən olan futbol nümayəndələrinin turnirdə iştirak etmək hüququnun məhdudlaşdırılmasını ədalətli hesab etmirəm", - deyə Racub viza ala bilməməsini şərh edib.
Fələstin Futbol Assosiasiyasının rəhbəri uzun müddətdir ki, FIFA-nı İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Daha əvvəl somalili hakim Omar Artanın da ABŞ-yə girişinə icazə verilməmişdi.