Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

AÇ-da İNSİDENT: Erməni güləşçi təxribata əl atdı, idmançımız cavabını özünəməxsus şəkildə verdi - VİDEO
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib.
“Report”un məlumatına görə, məğlubiyyəti həzm edə bilməyən erməni idmançı Məmmədovun sifətinə zərbə endirərək onu itələyib.
Azərbaycan güləşçisi rəqibinin üzərinə yerisə də, görüşü idarə edən hakim insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.
Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- "Starlink"in sürətli internet xidməti Ermənistanda aktiv edildi
- Dəmir çömçə - Erməni millətçiliyinin simvolu
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"