AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Coy-Lens Mikelsi bir oyun şərti olmaqla, iki matç cəzalandırıb, komandanı 3 000 manat cərimə edib.
Oxu.Az xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul olunub.
Almaniyalı oyunçu Misli Premyer Liqasının 33-cü turunda, "Neftçi"yə qarşı görüşdə rəqibə topu aqressiv şəkildə atdığına görə birbaşa qırmızı vərəqə aldığı üçün diskvalifikasiya edilib. Futbolçunun sınaq müddəti altı ay müəyyənləşdirilib.
Həmin qarşılaşmada Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün biroyunluq cəzalanıb, komandası 500 manat cərimələnib.
"Şamaxı" - "Turan Tovuz" oyununda isə qərb təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb.