Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AFFA iki komandanı cəzalandırdı
AFFA İntizam Komitəsi “Səbail” klubunu 1500 manat cərimələyib.
Bu barədə milli assosiasiya məlumat yayıb.
Bildirilib ki, buna “dənizçilər”in Premyer Liqanın II turunda “Neftçi” ilə matçın (1:1) ikinci hissəsinə gec çıxması səbəb olub.
Komanda həmin görüşdə beş oyunçusu sarı vərəqə ilə cərimələndiyi üçün 700 manat ödəyəcək.
Məşqçi Elmir Xankişiyev də “Səbail”i ziyana salıb. Mütəxəssis qarşılaşma vaxtı meydana kənar əşya atdığına görə ikisi şərti olmaqla dörd matçlıq cəzalanıb. Kluba isə 3500 manat cərimə kəsilib. Sınaq müddəti üç ay təyin olunub.
“Neftçi”nin baş məşqçisi Adrian Mutu isə “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “ağ-qaralar” 500 manat ödəməli olacaqlar.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- UEFA Azərbaycan klublarının maliyyə hesabatı haqqında hesabat hazırlayıb
- Azərbaycan millisinin Haiti seçməsi ilə görüşünün saatı bəlli oldu
- Region Liqasında püşkatma mərasimi keçirilib
- Azərbaycan millisi ada ölkəsinin yığması ilə qarşılaşacaq
- Millimizin Belarus seçməsi ilə keçirəcəyi görüşün vaxtı və yeri bəlli olub