Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AFFA milli komandanın oyununun Lənkəranda keçirilməsinə qərar verdi
Azərbaycan millisinin bu il UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunda keçirəcəyi 6 oyundan 5-nin stadionu müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, AFFA oktyabrın 14-də keçiriləcək Azərbaycan – Slovakiya matçını təmiri başlanmış "Xəzər Lənkəran"ın stadionunda baş tutacağına qərar verib.
Yalnız Estoniya ilə ev matçının stadionu paytaxtımızda keçiriləcək COP 29 (Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransı) tədbirinə görə müəyyənləşməyib. Onun da Lənkərana salınması istisna deyil.
5 sentyabr
20:00 Azərbaycan – İsveç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
8 sentyabr
20:00 Slovakiya – Azərbaycan
Bratislava. "Tehelne pole" stadionu
11 oktyabr
22:45 Estoniya – Azərbaycan
Tallin. "Lilleküla" stadionu
14 oktyabr
20:00 Azərbaycan – Slovakiya
Lənkəran. "Xəzər Lənkəran" Mərkəzi Stadionu
16 noyabr
18:00 Azərbaycan – Estoniya
19 noyabr
23:45 İsveç – Azərbaycan
Solna. "Friends Arena"