AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Oxu.Az xəbər verir ki, o, UEFA Millətlər Liqası turnirinin B liqasının I qrupunda keçiriləcək Ukrayna-Çexiya oyununa təyinat alıb.
Oktyabrın 16-da Xarkov şəhərində keçiriləcək görüşdə Frits Ştuxlik hakim-inspektor funksiyasını icra edəcək.
Səbuhi MUSAYEV
www.oxu.az