Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AFFA-nın baş katibi: "Hazırkı dövrdə biz sıfırdan başlamalıyıq"
"Hazırkı dövrdə biz sıfırdan başlamalıyıq. Kosmetik iş görməklə bir nəticə əldə edə bilmərik".
Oxu.Az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.
O, futbolumuzda vəziyyətin ürəkaçan olmadığını vurğulayıb:
"Bu bir həqiqətdir ki, Azərbaycan futbolunun indiki vəziyyəti ürəkaçan deyil. Bunu qəbul edib futbolumuzu uğursuzluq yolundan çıxarmalıyıq. İki ay öncə qəbul etdiyimiz İnkişaf strategiyasında yazılan bəzi məqamlar tənqidçilər tərəfindən qəbul olunmasa da, uğurlu nəticələr əldə edəcəyimizə inanıram. Strategiyanın həyata keçirilməsi artıq adi işimizə çevrilib. AFFA-nın hazırkı strukturu hədəflərimizə çatmaq üçün yetərli deyil. Bu istiqamətdə lazımi addımlar atılacaq".
Anar Həsənov