Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun komandamızın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabatı dinlənilib. İcraiyyə Komitəsi üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş millimizin gələcək perspektivləri barədə gözləntilərini bölüşüb.
Ardından AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarımızın seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb. Bu xüsusda təklif və rəylər dinlənilib, nəzərə alınıb.
İcraiyyə Komitəsinin iclasında AFFA-nın inkişaf strategiyası ilə bağlı son durum barədə məlumat verilib.
Strategiya 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacaq.
"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)" teqi üzrə xəbərlər
- "Qalatasaray" Mourinyonu UEFA-ya şikayət etdi: İrqçilikdə ittiham edilir
- Gücümüz niyə təkcə Mahir Emreliyə çatdı? - "Uşaq futbol oynayır, tribunadakı valideyni söyür"
- PSJ avrokuboklar tarixində yeni klub rekordunu yeniləyib
- "Real Madrid" daha bir rekorda imza atıb
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən yaxşısı kim olacaq?