Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Özbəkistanda şirlər 44 yaşlı kişini parçaladılar
Özbəkistanın Daşkənd vilayətində özəl zooparkda üç şir mühafizəçini parçalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə vilayət polis idarəsinin Mətbuat Xidməti məlumat yayıb.
"Bu gün, dekabrın 17-də Daşkənd vilayətinin Parkent rayonunda yerləşən "Lion Park" özəl zooparkında bir qəfəsdə saxlanılan üç şir qəfəsdən qaçıb. Şirlər orada gözətçi işləyən vətəndaşa hücum edib və ona xəsarət yetiriblər. Təəssüf ki, 44 yaşlı vətəndaş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib", - məlumatda bildirilir.
Qeyd olunur ki, hadisə nəticəsində başqa heç kim xəsarət almayıb; yırtıcılar xüsusi qəfəsə qaytarılıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirirlər.
"Özbəkistan" teqi üzrə xəbərlər
- Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
- BƏƏ-də ravvinin qətlində təqsirli bilinən üç nəfər ölüm cəzasına məhkum edildi
- Özbəkistanda məsciddə partlayış: Ölənlər var
- Tacikistan, Qırğızıstan və Özbəkistan üç ölkənin sərhədlərinə dair saziş imzaladılar
- Qırğızıstanda gün başlayandan ikinci zəlzələ baş verdi