Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
AFFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.
“Report”un məlumatına görə, Rövnəq Abdullayev “Qarabağ”ın daha bir tarixi uğura imza atdığını bildirib:
“Ardıcıl 10 ildir ölkəmizi avrokuboklarda uğurla təmsil edən “Qarabağ” daha bir tarixi uğura imza atmaqla hamımızı sevindirdi. Təmsilçimiz Avropanın adlı-sanlı, köklü klublarını qabaqlamaqla ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. İnanıram ki, “Qarabağ”ın Avropanın ikinci nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanması ölkə futbolunun gələcək inkişafına öz töhfəsini verəcək”.
“Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini, bu uğurda əməyi olan hər kəsi futbol ictimaiyyəti adından təbrik edirəm. UEFA Avropa Liqasının pley-off mərhələsində uğurlar arzulayıram”.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Haiti millisinin baş məşqçisi: "Komandamız bu gün tarix yazdı"
- Azərbaycan millisi Haitiyə məğlub oldu
- Ayxan Abbasov milli komanda ilə çıxdığı ilk oyunda qələbə qazandı
- AFFA futbolçuların lisenziyalarını saxtalaşdıran klublara ağır cəza verdi
- Azərbaycan futbolunda son doqquz mövsümün rekordu qeydə alınıb