Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AFFA "Qəbələ" klubuna yüzminlərlə pul ayırdı
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında "Qəbələ" klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu xüsusda "Qəbələ" klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Qəbələ" 2024/2025 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Böyükağa Ağayev: "Turan Tovuz" və AFFA arasında baş verənlərdə federasiya haqlı tərəf idi"
- AFFA-dan "Turan Tovuz"a bəyanatı ilə bağlı XƏBƏRDARLIQ
- AFFA oyunları təxirə saldı
- Vaqif Sadıqov: "Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir"
- Millimiz qrupdakı son oyununu qələbə ilə başa vurub
Ən çox oxunanlar