Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

AFFA rəsmisi “Beşiktaş”ın oyununa təyinat alıb
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.
Milli assosiasiyanın məlumatına görə, o, Türkiyədə yerli “Beşiktaş” və İsveçrənin “Luqano” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də İstanbulda gerçəkləşəcək.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar