AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik yeni oyuna təyinat alıb.
Oxu.Az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 14-də Varşavada keçiriləcək “Leqiya” (Polşa) – “Budö/Qlimt” (Norveç) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məhz bu oyunda “Leqiya” klubunda rəsmi debüt edəcəyi gözlənilir.