Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

AFFA "Sumqayıt"ın futbolçularını cəzalandırdı
"Sumqayıt"ın futbolçuları Rəşad Əzizli və Vüqar Mustafayev AFFA tərəfindən cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, bu qərarlar AFFA-nın İntizam Komitəsi tərəfindən futbolçuların Misli Premyer Liqasının 34-cü turunda "Kəpəz"lə oyundakı davranışlarına görə verilib.
Matçın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün R.Əzizli 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, "Sumqayıt" klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Oyunun 89-cu dəqiqəsində Vüqar Mustafayev də eyni qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O da 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. "Sumqayıt" daha 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.