Qan donorluğunda fəal iştirakına görə AFFA Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Oxu.Az xəbər verir ki, təşəkkürnamə bu gün AFFA-nın baş həkimi Vyaçeslav Xomenkoya təqdim edilib.
Xatırladaq ki, ötən ayın 21-də AFFA-nın təşəbbüsü ilə Futbol Akademiyasında təşkil olunmuş qanvermə aksiyasında AFFA-nın, Peşəkar Futbol Liqasının, Premyer Liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.
Onu da bildirək ki, iyunun 14-ü bütün dünyada Beynəlxalq Qan Donoru Günü kimi qeyd olunur.