AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışların müddəti ikinci dəfə uzadılıb.
Oxu.Az xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, “Məktəbli Kuboku”nun, həmçinin, Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti 2020-ci il aprelin 20-dək uzadılıb.
Qeyd edək ki, martın 9-da AFFA bu yarışların təxirə salınma müddətini martın 27-dək uzatmışdı.
Səbuhi Musayev